Cronos Construction

Şirkət haqqında:
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.
Əlaqə vasitələri:
Satınalma Müdiri (İnşaat Sektoru)
İş yeri: Bakı
Satınalma sistemini inkişaf etdirmək üçün peşəkar lider axtarırıq!
Şirkətimizə Satınalma Müdiri tələb olunur. Namizəd 3-4 nəfərlik satınalma komandasını idarə edərək, satınalma proseslərinin optimallaşdırılması və sistemin mükəmməl hala gətirilməsi ilə məşğul olacaq.
Vəzifə Öhdəlikləri:
- Satınalma strategiyasının inkişafı, idarə olunması və həyata keçirilməsi
- Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət
- Podratçı və təchizatçı bazasının inkişaf etdirilməsi və idarə olunması
- Daxili və xarici bazarların araşdırılmasının təşkili və nəzarəti
- Mal-material və xidmətlərin tələblərə uyğun şəkildə təmin olunmasının idarə edilməsi
- Podratçı və tədarükçülərin performansının analiz edilməsi
- Satınalma prosesinin vaxtında, prosedurlara uyğun təşkil və icra edilməsi
- Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması
- Tikinti-istismar üzrə satınalma və təchizat prosesinə nəzarət
- Satınalmalar üzrə menecerin tapşırıqlarının icrasına nəzarət və hesabatların təsdiqlənməsi
- Tenderlərin hazırlanması və qiymətləndirilməsi, optimal seçim prosesinin həyata keçirilməsi
- Müqavilələrin hüquq şöbəsi ilə razılaşdırılması və icrasına nəzarət
Tələblər:
- Ali təhsil – Müvafiq sahə üzrə (mütləqdir)
- Minimum 3 il iş təcrübəsi – Satınalma və təchizat sahəsində (mütləqdir)
- CIPS sertifikasiyası – (arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili mütləqdir, rus və ingilis dili (arzuolunandır)
- MS Office (Word, Excel, PowerPoint, 1C) proqramlarında işləmə bacarığı – (mütləqdir)
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı – (mütləqdir)
- Analitik düşünmə və problemləri həll etmə bacarığı – (arzuolunandır)
- Ünsiyyət və təşkilatçılıq bacarıqları – (arzuolunandır)
İş Şəraiti:
- Əmək haqqı – Müsahibə əsasında təyin ediləcək
- Peşəkar inkişaf və təlim imkanları
Maraqlanan namizədlər CV-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına ünvanına göndərə bilərlər.