Uni Ko QSC

Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Elektrik (Ağdam şəhəri)
Vəzifə öhdəlikləri:
- Texnikaların və avadanlıqların təmir edilməsi və profilaktikası;
- Avadanlıqlarda baş verən texniki problemlərin dərhal aradan qaldırılması;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi;
- Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmiri;
- Torpaq altı kabel xətlərinin çəkilişi;
- Kabel kanalların çəkilişi.
Tələblər:
- Aidiyyatı sahə üzrə diplom və ya sertifikat;
- Elektrik cihazların iş prinsipini bilmək;
- Elektrotexniki materialların növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək;
- Elektrik avadanlıq-qurğuların quraşdırılması və istismarı haqqında biliyə sahib olmaq;
- Elektrik avadanlıq-qurğuların sökülməsi və təmiri haqqında biliyə sahib olmaq.