Restoran Meneceri
Vəzifə öhdəlikləri:
- Restoranın fasiləsiz fəaliyyətinin təşkili
- Standartların tələblərinə riayət edilməsinə nəzarət
- Müştərilərlə danışıqların aparılması
- Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət
- Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi
- Sifarişlərin qaydalara əsasən qəbulunu tənzimləmək və nəzarət etmək
- Müştəri məmnuniyyətinin təmin olunması üçün tədbirlər görmək, daima yeniliklər edərək rəhbərliyə təkliflər vermək
- İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- Heyətin iş qrafiki, istirahət günləri və daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək
- İşçi heyətinin seçimi, təlimləndirilməsi və motivasiyasında iştirak
- Gigiyena və təhlükəsizlik qaydalarına uyğun olaraq ehtiyac yarandıqda mətbəx personalına dəstək olmaq.
- Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi : Restoran sahəsində menecer/direktor vəzifəsində minumum 3 il iş təcrübəsi
- Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti
- İdarəçiliyində minumum 50 nəfərlik heyətin olması;
- Detallara diqqət etmək bacarığı
- Əmək intizamına riayət etmək
- Kollektivdə işləmək bacarığı;
- Kompüter bilikləri: MS Office
- Dil bilikləri: Rus dili və ya İngilis dili
İş şəraiti:
- İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki
- İstirahət günü: həftədə 1 gün
- Nahar şirkət tərəfindən verilir
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı: müsahibə əsasında