Amal Group

Şirkət haqqında:
AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik göstərir.
Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində dövlət layihəsinin podratçısı seçilərək 16 min kv.m-dən çox olan yaşayış sahəsinin istifadəyə verilməsini təmin etmişik. Hal-hazırda 32 min kv.m sahədə tikintilərimiz davam edir. Eyni zamanda fərdi evlərin tikintisində yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa diqqət yetiririk.
AMAL GROUP şirkəti olaraq layihələndirmə və tikinti-inşaat sahəsinə böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar komandamız, etibarlı tərəfdaşlarımız habelə öz texnika parkımızla daxil olmuşuq.
“AMAL GROUP” MMC Xəyallarınızın möhkəm bünövrəsi
Əlaqə vasitələri:
Texniki Şöbə Mühəndisi
Vəzifə öhdəlikləri:
- Tikinti-quraşdırma işlərinin texniki nəzarətini həyata keçirmək
- Layihə sənədlərini yoxlamaq və uyğunluğunu təmin etmək
- İşçilərin işlərini izləmək və keyfiyyətə nəzarət etmək
- Avadanlıqlar və materiallarla iş:
- Texniki avadanlıqların seçilməsi və istismara verilməsini təmin etmək
- Lazımi material və avadanlıq tələbatlarını müəyyənləşdirmək
- Təmir və texniki xidmət proseslərini təşkil etmək
- Normativlərə və təhlükəsizliyə riayət:
- İşlərin texniki normativlərə və təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək
- Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinə nəzarət etmək
- Hesabatların hazırlanması:
- Günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq
- Görülən işlər barədə rəhbərliyə mütəmadi məlumat vermək
- Koordinasiya və komandada işləmək:
- Digər mühəndislər, texniki işçilər və işçilərlə əlaqəli işləmək
- Problemlərin həlli üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək
Müsahibə üçün müraciət ünvanı:
- Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
İş qrafiki və qeydlər:
- İş yerinin ünvanı: Hövsan
- Yaş həddi: 25-55
- Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş stajı:Minimum 1 il stajı
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Texniki şöbə mühəndisi” adını qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.