Liv Bona Dea Hospital
Şirkət haqqında:
Şirkət haqqında
Təsadüfi deyil ki, biz xəstəxanamızı “Bona Dea Beynəlxalq Hospital”ı adlandırmışıq. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağçasında xəstələrə şəfalı bitkilərlə qulluq olunurdu. Sağlamlıq simvolu olan ilan da onun atributu idi.
Bona Dea Beynəlxalq Hospitalı Azərbaycanın hal-hazırkı paytaxtı olan Bakıda yerləşir. Bizim xəstəxananın gözəl binası şəhərin Nizami rayonundadır. O, şəhərin əsas avtomagistralı olan Heydər Əliyev prospektinə yaxındır, əlverişlilik bizim üstünlüklərimizdən biridir.
Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü investorlarımızın Xəzər regionunda güclü, yepyeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxanamızın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə həyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyirik.
Bizim ən əsas hədəfimiz JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyasını əldə etməkdir: bu, qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. Biz, həqiqətən də, xəstəxanamızın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açaraq beynəlxalq xəstəxana olmaq niyyətindəyik.
Əlaqə vasitələri:
Beynəlxalq Əlaqələr üzrə kiçik mütəxəssis
Ümumi Xüsusiyyətlər və İşin Təsviri
Sağlamlıq Turizmi sektorunda fəaliyyət göstərən LIV Bona Dea Hospitalda işləyəcək aşağıdakı xüsusiyyətlərə malik Sağlamlıq Turizmi üzrə komanda yoldaşlarına ehtiyacımız var:
- Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən, ehtiyac olduğu halda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq
- Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi
- Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
- Əməliyyat zamanı və əməliyyatdan sonra xəstələrlə maraqlanıb onların təqib olunması.
- Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
- Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi,yazılı tərcümə ilə bağlı dəstək göstərilməsi.
- Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.
- Ali təhsili olması
- Ərəb dili - Rus Dili - İngilis dilini mükəmməl bilməsi vacibdir.
İş qrafiki:
- 6 günlük iş qrafiki
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Vakansiyaya müraciət etmək istəyən namizədlərdən CV-lərini e-mail ünvanına “mövzu” yerində “Xarici Əlaqələr üzrə kiçik mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.