Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Bölgə müdiri
Tələblər:
- Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Yaş həddi 30-45 yaş arası.
- Şəxsi avtomobilin olması üstünlükdür.
- 1C (8.3) istifadə bacarığı
- Rus dili biliyinin olması öncəlikdir.
- Regionlara ezamiyyəyə gedə bilmək.
Vəzifələri:
- Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Satışın təhlili və sənədlərin idarə edilməsi. Günlük və aylıq satış hesabatlarının hazırlanması;
Əlavə məlumat:
- Əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq təyin ediləcəkdir.
- Korporativ nömrə ilə təminat
- Ezamiyyə xərclərinin qarşılanması.
Əlaqə məlumatları:
- İnsan Resursları Şöbəsi
- Mob: (+994) 55 900 32 07
Maraqlanan namizədlərdən mövzu sətrində “Bölgə müdiri” qeyd etməklə CV-ni elektron poçt ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.