Make Agency

SMM Mütəxəssisi
Tələblər:
- Reklam və Marketinq üzrə ən azı 3 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan və Rus dili biliyi
- Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti
- Təşəbbüskarlıq, punktuallıq və kreativlik
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı
- Sosial mediada yaranan trendlərdən xəbərdar olmaq
Vəzifələr:
- Reklam strategiyalarının hazırlanması və icrası
- Sosial media üçün aylıq post planının hazırlanması, mövzuya uyğun kontentlərin hazırlanması
- Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması
- Sosial media reklamları yaratmaq və optimallaşdırmaq (Facebook, Instagram, LinkedIn və s.)
- Sosial media alətlərindən düzgün istifadə bacarığı (Meta Business Suite, Ads Manager)
- Qrafik dizaynerlərə brieflərin tam və dolğun şəkildə ötürülməsi
- Sosial media reklamları və büdcəsinin hazırlanması, idarə edilməsi
- Aylıq reklam hesabatlarının hazırlanması və təqdim edilməsi
- Müştəri ilə şirkət arasında əlaqələri koordinasiya etmək
Bizim sizə təklifimiz:
- Əmək haqqı: 1000-1500 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında rəsmiləşdirmə
- Dinamik və yaradıcı iş mühiti — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda
- Karyera yüksəlişi — bacarıqlarını nümayiş etdir və şirkət daxilində inkişaf et
- Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq imkanı
- İş qrafiki: 5/7 - Bazar ertəsi – Cümə: 10:00 – 19:00
Biz Sizə peşəkar mühitdə, real və maraqlı layihələrdə iştirak etmək, öz bacarıqlarınızı daha da inkişaf etdirmək və komandaya öz töhfənizi vermək imkanı təklif edirik.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.