Ofisiant
Vəzifə təlimatı:
- Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək:
- Qonaqları masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
- İçki və yemək seçməkdə qonaqlara yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək üçün sistemə əlavə etmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya digər tələblər barədə məlumat vermək;
- Qonaqlara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək və onların masalarının təmizliyinə görə məsuliyyət daşımaq:
- Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək:
- Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək
- Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq:
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
Tələblər:
- Müvafiq iş təcrübəsi (4 və 5 ulduzlu otellərdə iş təcrübəsinə üstünlük verilir)
- Dil bilikləri: İngilis və rus dili bilikləri üstünlükdür.
- Səlis danışıq qabiliyyəti
- Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
- Komandada işləmək bacarığı:
- Enerjili, punktual, məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli
- Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması
- Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Ofisiant” qeyd etməyiniz xahiş olunur.