Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Aparıcı Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Nümunəvi sənədləri tərtib etmək
- Mülki-hüquqi müqavilə lahiyələri hazırlamaq və / və ya hazırlanmasında digər struktur bölmərlə birgə iştirak etmək;
- Təqdim edilmiş mülki-hüquqi müqavilələrə ilkin və təkrar rəy vermək, əlavə və düzəlişlərin edilməsi, rəsmiləşdirmək (zəruri hallarda notarial qaydada);
- Daşınmaz əmlak üzrə hüquqların rəsmiləşdirilmə prosesində iştirak etmək;
- Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini həyata keçirmək;
- Şirkətdaxili komissiyaların, işçi qrupların işində iştirak etmək;
- Dövri hüquqi auditin keçirilməsində iştirak etmək;
- Şirkəti dövlət qurumları və digər şəxslər qarşısında təmsil etmək;
- Məhkəmə qərarlarının icrasının təmin edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Rəhbərliyə dövri hesabatların təqdim edilməsini təmin etmək;
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Hüquq sahəsində ali təhsil
- Hüquq sahəsində ən azı 2 il iş təcrübəsi (FMCG istiqamətli təcrübə arzuolunandır)
- Yüksək səviyyədə Azərbaycan, İngilis dili biliyinə malik, Rus dili arzuolunandır
- MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word)
- Yüksək qavrama və öyrənmə qabiliyyəti
- Analitik düşünmə qabiliyyəti
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-18:00 və ya 08:00-17:00
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Aparıcı hüquqşünas” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.