Azərşəkər LLC

Şirkət haqqında:
"Azərşəkər" şirkəti olaraq yeni iş imkanları və canlandırılmış kənd təsərrüfatı üçün 2017-ci ildə yola çıxdıq
Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhvə vermiş olacağıq.
Şirkətimizdə komanda işinə dəyər verərək, daim inkişaf edən bacarığımızla dünyanın ən son kənd təsərrüfatı texnologiyalarını tətbiq edirik. Korporativ sosial məsuliyyəti təşviq edərək ölkəmizin kənd təsərrüfatı sektorunda örnək dəyərlərə malik bir şirkətik.
Əlaqə vasitələri:
Satınalmalar üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma siyasətinə uyğun olaraq məhsul və xidmətlərin alınmasını təmin etmək;
- Daxil olan mal-material və logistika sifarişlərin icrasını həyata keçirmək;
- Mövcüd təchizatçılar siyahısında göstərilən, həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək;
- Təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və sifarişlərin yaradılması;
- Ölkədaxili yükdaşıma, evakuasiya və beynəlxalq yükdaşıma xidmətlərinin təşkili;
- Təchizatçılarla əlaqələrin qurulması və onlarla uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
- Bazarı araşdırmaq, yeni təchizatçılar tapmaq və qiymət müqayisələri aparmaq;
- Satınalma sifarişlərini hazırlamaq, təsdiq etdirmək və sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- İdxal olunan malların gömrükləmə işi üçün lazım olan sənədlərin təşkili və sənədlərin gömrük təmsilçisinə təqdim edilməsi;
- Departament rəhbəri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək.
Vəzifə tələbləri:
- Logistika və Gömrük qanunvericiliyinə dair biliklər;
- Azərbaycan dili, rus dili- səlis, ingilis dili- arzu olunandır;
- Ali təhsil;
- Güclü ünsiyyət (şifahi, yazılı) qurmaq bacarığı;
- MS Office (Word, Excel, PowerPoint, Outlook)
- 1 C proqamında işləmək bacarığı.
Əlavə məlumat:
- Struktur: Satınalmalar və Logistika departamenti
- Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri
- İş yeri: Bakı şəhəri, Z.Əliyeva küç.93, BEGOC BM
- İqrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satınalmalar üzrə mütəxəssis) qeyd edərək elektron poçt ünvanına göndərilməsi xahiş olunur.