Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
Anbar üzrə nəzarətçi (Gecə növbəsi) – Şəki şəhəri
Vəzifə ödəlikləri:
- Avtomobillərin yükləmə prosesi zamanı məhsulların sayımı
- Aylıq təşkilatın anbar qalıqlarına nəzarət etmək, sayılmasını həyata keçirmək və aktlaşdırmaq.
- Təşkilata məxsus əsas vəsait, mal-material və inventarların nəzarətini həyata keçirmək
- Veriləcək əlavə tapşırıqları və yoxlanışları heyata keçirmək.
Əsas tələblər:
- Ali və ya orta ixtisas təhsili.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- MS Office proqramlarında işləmə bacarığı.
Əlavə tələblər:
- Kollektiv və korporativ mühitdə işləmə bacarığı.
- Sərbəst analiz etmə və qərar vermə bacarığı.
- Digər şöbələrlə işləmə bacarığı.
Vakansiya ilə maraqlananlar öz cv formalarını “Anbar üzrə nəzarətçi (Gecə növbəsi) – Şəki şəhəri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə yaradılacaq