Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis
İnsan Resursları və Korporativ Kommunikasiyalar Direktorluğu/İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsində "Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-18:00 və ya 08:00-17:00
Vəzifə öhdəlikləri:
- Şirkətə yeni qəbul olan işçilərə “Onboarding” təlimlərinin keçirilməsi;
- Keçilən təlimlərin Hesabatlılığının aparılması;
- Fərdi İnkişaf Planlarının qarşılanması;
- Vendorlarla danışıqların aparılması;
- Təlim və inkişaf büdcəsinin icrasına nəzarət;
- LMS platformalarından istifadə;
- Daxil olan təlim ehtiyaclarını analiz etmək;
- Təlim proqramlarının hazırlanması;
Tələblər:
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Exce, PowerPoint yaxşı səviyyədə)
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta)
- Müasir təlim metodları ilə tanışlıq;
- Yüksək kommunikasiya bacarığı;
- Analitik düşüncə və təklifləri təqdim etmə bacarığı;
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.