Camal LTD

Şirkət haqqında:

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.

2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.

Əlaqə vasitələri:

İşə qəbul üzrə mütəxəssis

İş yeri: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küç., ev 9/21 D

İş barədə məlumat: İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsahibə komissiyalarının formalaşmasında iştirak etmək. İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək, əmək bazarını araşdırmaq, kadr məsələlərini həll  etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələri formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək, şirkətin CV bazasını genişləndirmək və yeniləmək, uğurlu namizədlər haqqında  əvvəlki və indiki işəgötürənlərin rəyinin nəzərə alınması.

Namizədə tələblər:

  • Ali (bakalavr) təhsil
  • 3-5 il iş təcrübəsi
  • Dil bilikləri - Azərbaycan dili, rus dili səlis, ingilis dili arzuolunandır
  • Kompyuter bacarıqları: Ofis proqramları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • İşi planlaşdırma və təşkil etmə bacarığı
  • Liderlik bacarığı
  • İdarəetmə və kommunikasiya bacarığı
  • Vaxtı idarəetmə bacarığı
  • Heyətlə sağlam münasibət qurmaq və işləmək bacarığı
  • Stressə davamlılıq, müsahibə,tədqiqatçılıq və ünsiyyət bacarığı
  • Yaş: 25-40

Əlavə məlumat:

  • Nahar şirkət tərəfindən təmin olunur
  • İşçi korporativ nömrə ilə təmin olunur.

İş saatları: Həftənin 1-6 günləri.

Əmək haqqı: 700 Azn

CV ləri “İşə qəbul üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmənizi xahiş edirik. Uyğun namizədlərlə əlaqə saxlanacaq.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap