Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Event menecer (tədbir meneceri)
İşin Təsviri:
Marketinq strategiyamızı inkişaf etdirmək və satışlarımızı artırmaq üçün komandamıza Event menecer (tədbir meneceri) axtarırıq.
Vəzifələr:
- Potensial müştərilərin (şirkətlər, fərdi şəxslər, təşkilatlar) tapılması və onlarla əlaqələrin qurulması.
- Tədbir xidmətlərinin (zal icarəsi, dekorasiya, texniki avadanlıqlar, katerinq və s.) təqdim edilməsi və satışı.
- Müştərilərlə danışıqlar apararaq onların tələblərinə uyğun təkliflərin hazırlanması.
- Tədbirlərin tanıtımı üçün satış planının və strategiyasının hazırlanması.
- Rəqiblərin araşdırılması və bazar təhlilinin aparılması.
- Yeni satış kanallarının (sosial media, veb sayt, korporativ əlaqələr və s.) inkişaf etdirilməsi.
- Endirimlər, xüsusi kampaniyalar və təkliflər üzərində işləmək.
- Satışı bağlanan tədbirlərin təşkilini və idarə edilməsini təmin etmək.
- Müştərinin tələblərinə uyğun logistikanın və xidmətlərin düzgün təşkil olunması.
- Tədbirin baş tutması üçün texniki, dekorativ və digər lazımi resursların təmin edilməsi.
- Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması.
- Tədbirdən sonra müştəriyə geri dönüş edərək məmnuniyyətin ölçülməsi.
- Satışın artırılması üçün tədbir və xidmətlərin sosial media və digər platformalarda tanıdılması.
- Brend tanıtımını gücləndirmək üçün müxtəlif reklam kampaniyalarının həyata keçirilməsi.
Tələblər:
- Biznes idarəçiliyi, marketinq, menecment və ya əlaqəli sahələrdə ali təhsil.
- Satış və tədbir menecmenti sahəsində minimum 2-3 il iş təcrübəsi.
- Satış strategiyalarını inkişaf etdirmə və tətbiq etmə qabiliyyəti.
- Güclü ünsiyyət və müştəri münasibətləri bacarığı.
- Tədbirlərin idarə edilməsi və logistikanın təşkili üzrə biliklər.
- Büdcə planlaşdırma və xərclərin optimallaşdırılması bacarığı.
- Kreativ düşüncə və problem həll etmə bacarığı
- Komanda ilə işləmə və idarəetmə qabiliyyəti
- İngilis və rus dillərində bilik üstünlükdürə
Əmək şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Karyera inkişafı imkanları;
- Peşəkar təlimlərdə iştirak.
- Əmək haqqı: əmək haqqı təcrübədən asılı olaraq müsahibə zamanı təyin ediləcəkdir.
Əgər bu vakansiya sizi maraqlandırdısa, CV-nizi elektron poçt ünvanına “Event menecer” (tədbir meneceri) başlığı ilə göndərin. Biz sizinlə tanış olmağa şad olarıq!
Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.