Baku Holiday Travel

Şirkət haqqında:
Baku Holiday Travel - aviabiletlər, daxili və xarici səyahət paketləri, biznes səfərləri, bal ayları, müalicə paketləri, viza dəstəyi, transfer kimi xidmətləri göstərən və 2013-cü ildən fəaliyyət göstərən ən tanınmış turizm şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Mühasib
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini
- Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət
- Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və s. ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili
- Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası
- Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış,tender sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
Namizədə dair tələblər:
- Təhsil: ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.
- İş təcrübəsi : müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
- MS Office proqramlarının istifadəsi üzrə biliklər;
- Dil biliyi: Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
Əmək şəraiti:
- İş qrafiki 5 günlük iş rejim
- Ünvan: Altes plaza
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Mühasib" qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.