Amper Elektrik

Şirkət haqqında:
“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod, fabrik, servis və ticarət mərkəzləri ilə əməkdaşlıq edir, onları mütəmadi olaraq mal və materiallarla təmin edir. Əməkdaşlıq etdiyimiz hər bir sektorda fəaliyyət göstərən müştəriyə yüksək keyfiyyətdə xidmətin göstərilməsi üçün və ölkə bazarında qazandığımız etibarın daha da artırılması üçün təmin etdiyimiz hər bir məhsulun keyfiyyətinə zəmanət verir və avadanlıqların servisini operativ şəkildə hə- yata keçiririk. Bununlada sizin etimadınızı daha çox qazanaraq , sizinlə da-ha uğurlu əməkdaşlıq etməyə səy göstəririk.
Əlaqə vasitələri:
Xəzinədar
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək.
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
- Kassaya mədaxil və məxaricləri və satış əməliyyatlarını sistemə daxil etmək
- Yaranan problemlərlə bağlı rəhbərliyə vaxtında müraciət etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
- 1C və MS Office proqramlarında işləmə qabiliyyəti;
İş şərtlərimiz:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 6 iş günü, 1 gün istirahət;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 800 AZN (NET);
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Xəzinədar” sözlərini qeyd edərək hr@amperelektrik.az e-ünvanına göndərsinlər.