PFM Catering

Şirkət haqqında:
Şirkətimizin yaşı az olsa da, peşəkar komandamız 20 ildir qida istehsalı və keytrinq sektorunda fəaliyyət göstərir. PFM olaraq ölkəmizdə ilk dəfə olaraq bu işi sənayeləşdirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki biz sənaye istehsalı ilə mətbəx ləzzətini birləşdirməyi bacarırıq.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında, şirkətin tədbiq etdiyi prosedurlara uyğun olaraq icra etmək ;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Məhsulun keyfiyyət və qiymət uyğunluğunun araşdırılması ;
- Sistem üzərindən satınalma tələblərinə nəzarət və yoxlanılması ;
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması ;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Alınan məhsulun seçimi zamanı keyfiyyət və qiymət normalarının qorunması ;
- Alış müqavilələrinin bağlanması və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Təchizat işi və dəyişikliklərlə bağlı rəhbərliyə məlumat verilməsi;
- Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- QİDA SEKTORUNDA TƏCRÜBƏSİ MÜTLƏQDİR.
- MS Office proqramları üzrə biliklər.
İş şərtləri:
- Ünvan: Ayaz İsmayılov 8_Xətai metrosu və Meqafanın yaxınlığı,
- İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- İş qrafiki: Həftə içi 5 gün. İş saatı: 09:00-18:00
- Nahar şirkət tərəfindən ödənilir.
- Əmək haqqı: 1000-1500 azn, (namizədin bilik və bacarığına əsasən təyin ediləcək)
Qeyd olunan tələblərə cavab verən namizədlər e-mail “Satınalma üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.