Tam Store

Şirkət haqqında:
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.
Əlaqə vasitələri:
Tikinti satınalmaları üzrə mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin bazar araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və çatdırılma məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Təhlillərin aparılması və hesabatların hazırlanması və rəhbərliyə hesabatların təqdim olunması
Tələblər
- Ali təhsil(müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi;
- Şəxsi avtomobil olması üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tikinti satınalmaları üzrə mütəxəssis”yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.