Paulaner Brauhaus Baku

Şirkət haqqında:
Paulaner Baku Sizlərə Alman Restoran və kiçik Pivə Zavodu təqdim edir, burada Siz orijinal Alman üslubunda işlənilmiş dekor və Bavariya menyusunun ən gözəl elementləri ilə tanış ola bilərsiniz.
İstehsal prosesində yalnız ən keyfiyyətli inqrediyentlərdən istifadə olur və bu keyfiyyət, pivə istehsal prosesini sənət əsərinə çevirir.
Paulaner Baku ailənizlə, dostlarınızla və ya sadəcə Alman üslubunda bəzədilmiş məkanda gözəl musigi qulaq asmaq və ya dünyanın ən maraqlı futbol oyunlardan zövq ala bilərsiniz.
Əlaqə vasitələri:
Kiçik aşpaz köməkçisi (Commis)
Əmək funksiyası:
- Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq;
- Ərzaq məmulatlarınıı xidmət üçün hazır vəziyyətdə saxlamaq.
- Hazırlanan yeməklər üçün tələb olunan inqrediyentləri hazırlamaq:
- Çörək məmulatları və ya souslar kimi inqrediyentləri qarışdırmaq;
- Banketlər və ziyafətlər üçün müxtəlif yeməklərin bişirməyində kömək etmək;
- Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq;
- Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək;
- Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
- İş başlamamışdan öncə mətbəxi hazırlamaq;
- Xammaldan, elektrik enerjisindən qənaətlə istifadə etmək.
- Aşpaz köməkçisinin və bölmə rəhbərinin tapşırıqlarını yerinə yetirir;
- Soyuducudakı məhsulların vaxtlarına nəzarət edilməsi.
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Müvafiq sahədə peşə təhsili;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, ingilis dili – orta.
Vəzifə üzrə təminatlar:
- Dünyanın məşhur alman brendində iş imkanı;
- “TABİA Group” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Gündəlik qidalanma;
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.