Golden Pay

Şirkət haqqında:
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır.
GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.
GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az kino biletləri, sığorta satışı və aviabilet satışları da təklif edir.
Əlaqə vasitələri:
Fırıldaqçılıqla Mübarizə üzrə Mütəxəssis
Vakansiyanın tələbləri:
- İqtisadiyyat, Kompüter və ya Data Elmləri üzrə bakalavr dərəcəsi;
- Bank və ya Fintek sahələrində ən azı bir il iş təcrübəsi;
- Data Analitika sahəsində ən azı bir il iş təcrübəsi;
- Məlumatların təhlili , pattern və trendlərin müəyyən olunması (Ms Excel, SQL, Python);
- Nəzarət proseslərin avtomatlaşdırması və optimizasiyası bacarıqları;
- İnqilis dili arzuolunandır;
- CFE, CAFS və fırıldaqçılıq sahəsinə aid digər sertikatının olması arzuolunandır.
Digər tələblər:
- Güclü problem həll etmə bacarığı və tez qərar qəbul etmək bacarığı;
- Detallara yüksək diqqət;
- Təzyiq altında işləmək bacarığı;
- Dəyişən şəraitə uyğunlaşmaq və gözlənilməz çətinliklərin öhdəsindən gəlmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Fırıldaqçılıq hallarının aşkarlanması məqsədilə araşdırmaların və təhlillərin aparılması;
- Şübhəli fırıldaqçılıq hallarının araşdırılması;
- Fırıldaqçılıq halları ilə bağlı şikayətlərin araşdırılması;
- Şübhəli müştəri hesablarının və ödənişlərinin monitorinqı və təhlili;
- Fırıldaqçılıq İdarəetmə Sisteminin Monitorinqi;
- Nəzarət alətlərinin və qaydaların yaradılması və tətbiqi;
- Aşkaredici və önləyici tədbirlərə dair təkliflərin verilməsi və tətbiqi;
- Hesabatların hazırlanması;
- Birbaşa rəhbərin yazılı və şifahi göstərişlərinin icrası.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.