Azimut LLC

Şirkət haqqında:
Ölkənin ən qabaqcıl rəqəmsal çap və istehsal imkanlarına malik Azimut Reklam şirkəti sürətli inkişaf edən korporativ təchizatçıdır. Fəaliyyət sahələrimiz – Ofset və Rəqəmsal çap, Daxili və Küçə reklamı, Promo hədiyyələr və Pərakəndə üçün POSM məhsulları əhatə edir.
Loqonuzu daşıyacaq hər hansı məhsul üçün bizə müraciət edin – Markanıza güc və yeni ideya qataq!
Əlaqə vasitələri:
Dəftərxana, Təsərrüfat, Promo, Mətbəə məhsulları üzrə korporativ satış mütəxəssisi
Vəzifə öhdəlikləri və tələblər:
- Öhdəliklər
- Ofis ləvazimatlarının (Dəftərxana, Təsərrüfat, Promo, Mətbəə məhsulları) bazar tələbatının öyrənilməsi və müştərilərin aşkarlanması,
- Rəqiblərin analizi və portfellərində olan müştərilərinin araşdırılması,
- Target list (Hədəf siyahısının) hazırlanması,
- Potensial müştərilərlə gündəlik görüşlər, ziyarətlər,
- Potensial müştərilərə təkliflərin göndərilməsi,
- Müvafiq həftəlik, aylıq, rüblük hesabatların təhvil verilməsi,
- Müştərilərin ödəniş prossesinə nəzarət və debitor borcların idarə olunması.
Tələblər:
- Ofis proqramlarında iş qabiliyyəti,
- İnternet üzərindən axtarış və analiz bacarığı,
- Fərdi görüşlər və təqdimat təcrübəsi,
- Azərbaycan dilindən başqa hər hansı dil üzrə orta bilik səviyyəsi,
- Rəqəmlərlə işləmək bacarığı – ödənişlərin vaxtında toplanması,
İş şərtləri:
- Əmək haqqı 700-1500 AZN + Aylıq və illik bonuslar (Maaş namizədin təcrübəsi və texniki imkanlarına uyğun təyin olunur)
- İş vaxtı 5 gün, 09.00 – 18.00, bütün şərtlər tam olaraq rəsmi
- Yeni əməkdaş 3 ay təcrübəli əməkdaşın dəstəyi ilə işləyəcək
- Məhsullar barədə təlimlər yam olaraq təmin olunacaq
- İş yeri: Lermontov 3, Nazirlər kabinetinin yaxınlığında – location: https://maps.app.goo.gl/jZULAmef4wPg3siv9
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.