Golden Pay

Şirkət haqqında:
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır.
GoldenPay ASC Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.
GoldenPay- ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri, parkinq və digər növ ödənişlərin aparılması mümkündür. Həmçinin Hesab.az kino biletləri, sığorta satışı və aviabilet satışları da təklif edir.
Əlaqə vasitələri:
Leading Android Developer
Vakansiyanın tələbləri:
- Iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
- Kotlin proqramlaşdırma dilində dərin bilikl’r;
- RESTful API və şəbəkə protokolları üzrə biliklər(Alamofire) ;
- MVVM üzrə biliklər;
- OOP və SOLİD prinsipləri üzrə biliklər
- Ümumi alqoritm qurma bacarığı
- RESTful API və şəbəkə protokolları üzrə biliklər;
- Jetpack Compose; Kotlin Coroutines; Gson; Retrofit; Android Architecture components; Gradle; Google play console üzrə biliklər;
- Figma ilə işləmə bacarığı;
- Clean code prinsiplərini üzrə biliklər;
- GIT ilə işləmə bacarığı;
- Problem həll etmə qabiliyyəti;
- Analitik düşüncə;
- Komanda ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Android proqramlarının layihələndirilməsi, işlənib hazırlanması və saxlanması üçün müxtəlif funksional komandalarla əməkdaşlıq etmək;
- Kotlin-dən istifadə edərək təmiz və səmərəli kod yazmaq;
- Tətbiqlərin performansını, keyfiyyətini və cavabdehliyini təmin etmək;
- İstifadəçi interfeysi elementlərini həyata keçirmək üçün dizaynerlərlə sıx əməkdaşlıq etmək;
- Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
- Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək
- Arxitektura və dizayn qərarlarının verilməsi.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi email adresinə mövzü hissəsində vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.