Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Pompa operatoru köməkçisi
İş yeri: Balaxanı zavodu
Tələblər:
- Orta texniki təhsil;
- Əlaqəli sahə üzrə ən azı 1-2 il iş təcrübəsi;
- Beton nasosunun və əlaqəli avadanlıqlarının əsas iş prinsipləri haqqında əsas biliklər;
- Müştəriyönümlülük;
- Davamlı inkişaf;
- Keyfiyyət yönümlülük,
- Bütövlük.
Vəzifə və Öhdəliklər:
- İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun olaraq fərdi mühafizə vasitələrindən istifadə etmək;
- Beton nasosunun yanındakı ərazini təmizləmək, hər hansısa maneə olmadığına diqqət etmək və təhlükəsizlik tədbirlərini həyata keçirmək;
- Beton nasosunun operatoruna kömək edərək nasosun işə başlaması üçün ilkin hazırlıqları yerinə yetirmək;
- Operatorun göstərişlərinə uyğun olaraq beton borularının quraşdırılmasına və bərkidilməsinə kömək etmək;
- Betonun düzgün və təhlükəsiz şəkildə ötürülməsinə nəzarət etmək;
- Betonun axınının davamlı olmasını təmin etmək üçün boruların tıxanmasının qarşısını almaq;
- Betonun keyfiyyətinə mənfi təsir edəcək (betona su müdaxiləsi etmək və s.) hərəkətlərdən qaçınmaq;
- Nasosun iş prosesində hər hansısa təxirəsalınmaz hallar (borunun tıxanması, sızma və s.) baş verərsə, operatora dərhal məlumat vermək;
- İş prosesində ətraf mühitin mühafizəsi üçün tullantıların təmizlənməsini və iş sahəsinin nizamının qorunmasını təmin etmək;
- Beton ötürücü nasosunun daxili və xarici hissələrinin müntəzəm olaraq təmizlənməsi və texniki vəziyyətinin yoxlanması işlərini həyata keçirmək;
- İş zamanı diqqəti dağıdan hərəkətlərdən (telefonla çox danışmaq, qeyri-iş məsələləri ilə məşğul olmaq) çəkinmək.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.