Sirab Satış və Dağıtım MMC

Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Satış meneceri (korporativ müştərilər üzrə)
Əsas tələblər:
- Təhsil: Ali
- Ofis proqramları: Word, Excell, Power point.
- Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – yaxşı.
- Sürücülük vəsiqəsi: B kateqoriya
- Şəxsi avtomobilin olması
- Xanım və Bəy namizədlər
- Yaş 20-35
- Təcrübə: Sahə ilə bağlı minimum 1 il satış təcrübəsi;
İş barədə:
- Firma ilə satış (ofis, idarə, təhsil, səhiyyə özəl və dövlət müəsisələri və s.) nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
- Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, müştəri ilə şirkət arasında yaranan problemləri aşkar edib xidmətin yaxşılaşdırılması üçün birbaşa rəhbərinə məlumat vermək;
- Yeni məhsulları tanıtmaq;
- Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
- Müştəri borcuna, hərəkətinə nəzarət edib, gecikən borcları nəzərdə tutulan səviyyədə idarə etmək.
Vəzifə üzrə əmək haqqı digər imtiyazlar:
- Fix və Satışa görə bonus
- Yemək pulu, yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
- İş qrafiki: 5 günlük iş həftəsi, şənbə və bazar günü istirahət.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5)
- Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvail küçəsi 17
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış meneceri (korporativ müştərilər üzrə)” yazmaqla Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.