AzerTunelSuTikinti

Şirkət haqqında:
AZƏRTUNELSUTİKINTİ MMC Layihə və Tikinti Şirkətidir. Şirkət yaxşı reputasiya daxilində yerli və xarici şirkətlərlə uğurla əməkdaşlıq edir. Şirkətimiz tərəfindən göstərilən xidmətlərin keyfiyyəti bir çox texniki, təşkilati və texnoloji faktları əhatə edir. Həmçini müasir avadanlıq, ixtisaslı kadrlar və istehsalat bazası mövcuddür. Müəssisənin əsas işi layihə işləri, əsaslı və xüsusi tikinti, hidrotexniki, sənaye qurğularının tikintisi, quruda və dənizdə svayların quraşdırılması, mülki tikililər, avtomobil yolları, körpülər, beton və beton məmulatlarının istehsalı, mikro tunel, dəmir-beton, metal konstruksiyalar və taxta-şalban və xüsusilə də texniki xidmət göstərmək üçün şirkətə məxsus zavod və avadanlıqları icarəyə verməkdir.
Əlaqə vasitələri:
Pricep sürücüsü
Vəzifə öhdəlikləri
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş haqqında məlumat:
- Yemək təmin olunur
- Əmək haqqı - 1000 azn.
- İş yeri – Bakı rayonları
Əlaqə nömrəsi - 0502355173 Çobanov İsrafil