ADORE kompani

Şirkət haqqında:

Adore şirkətinin tarixi 1999-cu ildə Azərbaycanda parfümeriya və kosmetika məhsullarının distribütorluğu və pərakəndə satışı üzrə liderə çevrilmiş; özünə inam, orijinallıq və eksklüzivlik axtaran elit müştərilərin yeganə seçimi olan parfümeriya və kosmetika mağazaları şəbəkəsinin yaranması ilə başlayır.

2020-ci ildə bu sahənin ikinci böyük pərakəndəcisi olan Sabina mağazalar şəbəkəsi ilə birləşərək Azərbaycan bazarında parfümeriya və kosmetika məhsullarının pərakəndə ticarəti və distribütorluğu üzrə yeganə lider olan “ADORE KOMPANI” MMC yarandı. Hal-hazırda 7 ADORE mağazası, 6 SABİNA mağazası, 1 MAC mağazası və 1 NYX PROFESSIONAL MAKEUP mağazaları mövcüddür.

Müştərilərə keyfiyyətli xidmət göstərməkdə 20 ildən artıq təcrübəyə malik olan ADORE Perfumery & Cosmetics şəbəkəsi innovativ pərakəndə satış konsepsiyası, xidmət standartı və fərqli qonaqpərvərliyi ilə Azərbaycanda ətir və kosmetika alış-verişi üçün əvəzolunmaz ünvan olaraq seçilir. Azərbaycanda eksklüziv kosmetik və ətir məhsullarının satışı və distributorluğu üzrə nümayəndə olan ADORE 150-dən çox brendin məhsullarını ölkə bazarına təklif edir.

Bu brendlərə daxildir:

  1. Kosmetik məhsul brendləri - NYX PROFESSIONAL MAKEUP, MAC, Pupa, IsaDora, Bourjois;

  2. İnnovativ qulluq brendləri və üz-bədən baxımı - Shiseido, Sisley, Collistar, Caudalie; Cottage və Le Petit Olivier;

  3. Saça qulluq brendi - WELLA Professionals;

  4. Ətir brendləri - Chanel, Christian Dior, Guerlain, Givenchy, Versace, Trussardi, Lancome, Giorgio Armani, Narciso Rodriguez, Kilian, Xerjoff, The House of Oud, Roja Parfums, Fragrance World Tiziana Terenzi, Micallef, Liquides Imaginaires, Korloff, Lalique və s.

Əlaqə vasitələri:

Satıcı -məsləhətçi

Adore mağazalar şəbəkəsinə dinamik və müştəri yönümlü satıcı-məsləhətçilər tələb olunur. Öz unikallığını və gözəlliyini vurğulamaq üçün mağazalarımıza gələn ziyarətçilərə ən yaxşı ətir və kosmetik məhsulları seçməkdə köməklik etməyə hazır olan pozitiv, motivasiyalı və komandamızın bir hissəsi olmağa hazır komanda yoldaşları axtarırıq.

İş barədə məlumat:

  • Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması; 
  • Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək; 
  • Təyin olunmuş aksiyaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak.

Namizədə tələblər:

  • Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dili – orta səviyyədə bilməli;
  • Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür);
  • Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq;
  • Komandada işləmə bacarığı;
  • Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.

İş şəraiti:

  • Növbəli qrafik: (6/1), 10.00-19.00 və 13.00-21.00/22.00;
  • Rəqabətli əmək haqqı və bonus sistemi: fiks  + satışdan %, 
  • Karyera inkişafı imkanı;
  • Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.

Müraciət üçün CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Satıсı- məsləhətçi» qeyd etməyiniz xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap