Fortis Group

Şirkət haqqında:
Azərbaycanın inşaat materialları istehsalı sektorunda qabaqcıl şirkətlərdən biri olan “FORTİS GROUP” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. Şirkət öz fəaliyyətində innovativ istehsal texnologiyaları ilə yüksək keyfiyyətli məhsullar istehsal etməyi hədəf alıb. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları, xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.
Əlaqə vasitələri:
Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)
Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)
- Müəssisənin adı: “FORTİS GROUP” MMC
- İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Yaş həddi 25-55;
- Texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi (minimum 2 il);
- Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
- Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Hazır məhsul istehsalatı sahəsinin fəaliyyətinə rəhbərlik etmək, istehsal sahəsinin vaxtında istismara hazırlanması, xammalın qəbulu, saxlanması, buraxılışı və digər məsələlərlə bağlı işlərin icra olunmasını təmin etmək;
- İstehsal olunan məhsulun vaxtında və yüksək keyfiyyətlə qablaşdırılmasına və anbarlara təhvil verilməsinə nəzarət etmək;
- Malların kəmiyyət və keyfiyyət üzrə saxlanılmasını, texniki qurğuların və texnoloji avadanlığın texniki cəhətdən düzgün və səmərəli istifadə olunmasını təmin etmək;
- Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
- Fəhlələrin və operatorların fəaliyyətini əlaqələndirmək, sahənin işçilərinə rəhbərlik etmək;
- İstehsalat məhsullarının çeşidlərinin genişləndirilməsi və yeni məhsul növlərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
- Yeni resepturaların hazırlanmasını və təsdiq edilməsini həyata keçirmək;
- İstehsalat və əmək intizamına, daxili iş qaydalarına riayət olunmasına, işçilərin təlimatlandırılmasına və onlara təhlükəsiz iş metodlarının öyrədilməsinə nəzarət etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Sex rəisinin müavini (keramika yapışdırıcısı istehsalı üzrə)” yazaraq elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.