METAK

Şirkət haqqında:
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Əlaqə vasitələri:
Daxili audit şöbəsinin rəhbəri
İşin təsviri
- Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək;
- Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və təkmilləşdirilməsinə dair tövsiyələr vermək;
- Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək;
- Qanunvericiliyə uyğunluğu təmin etmək məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq;
- Maliyyə və əməliyyat fəaliyyətinin səmərəliliyini artırmaq üçün təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək;
- Daxili audit komandasının idarə olunması, fəaliyyətinin qiymətləndirilməsi və inkişaf etdirilməsi;
- Rəhbərliyin tapşırığı ilə xüsusi audit yoxlamalarının keçirilməsi.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
- Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
- Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
- Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
- Yüksək səviyyədə təqdimat və hesabat hazırlama qabiliyyəti;
- Komandaya liderlik etmə və qərarvermə bacarığı;
- MS Office proqramlarını və audit proqram təminatlarını yaxşı bilmək;
- CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinə sahib olmalı;
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti.
İş şərtləri
- Peşəkar iş mühiti;
- Peşəkar və karyera yüksəlişi imkanı;
- Tibbi sığort;
- Rəqabətli əmək haqqı paketi;
- Nəqliyyat xidmətləri və nahar.