Ferrum Capital

Şirkət haqqında:
Ferrum Capital 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılmışdır. Şirkətimizin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta sahibkarların maliyyə problemlərini həll etməkdir. Faktorinq xidməti vasitəsilə sahibkarlar nisyə satışlarını artıraraq maliyyə riskini 0%-ə endirib müştəri məmnuniyyətini qoruyurlar. Nəticədə, müxtəlif xidmət və istehsalat sahələrindəki təcrübəmiz sayəsində partnyorlarımıza innovativ həll yolları təklif edirik.
Əlaqə vasitələri:
Xadimə
Hansı özəlliklərə malik olmalıdır?
- 24-40 yaş aralığı
- Təmizkar, səliqəli,məsuliyyətli,çalışqan olmalı
- Təmizləyici vasitələrdən düzgün istifadə qaydasını bilməli.
- Təmizkar və səliqəli olmalı
- İntizamlı və məsuliyyətli olmalı
Xadimə nə iş görür?
- Müəyyən edilmiş qaydalara əsasən, gündəlik olaraq ümumi təmizlik və sanitariya işlərini yerinə yetirmək
- İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək
- Rəhbərlərə, şirkət qonaqlarına və müştərilərinə çay, kofe verilməsi
- Mətbəxin və istifadə edilən əşyaların təmiz saxlanılmasına nəzarət edilməsi
- Mətbəxlə bağlı aylıq ehtiyacların vaxtında müvafiq şöbəyə bildirilməsi
Əlavə məlumat
- Bazar ertəsi – Cümə: 09:30 – 18:30
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Xadimə” qeyd etməklə Müraciət et butonunda qeyd edilən e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.