Azprotein Foods Group

Şirkət haqqında:
"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.
6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.
Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər - danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.
Əlaqə vasitələri:
Keyfiyyətə nəzarət Meneceri
Namizədə Tələblər:
- Ali təhsil: Qida mühəndisliyi və ya oxşar sahə üzrə
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması müləqdir
- Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 8 - 10 illik iş təcrübəsinin olması
- Rus və İngilis-dilini bilməsi arzu olunandır
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- MS Office proqramları (Word, Excel, Outlook), 1C proqramı üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
- Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması
- İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək
- Məhsulların keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanması
- Müəssisəyə daxil olan materialların (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
- İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, müəssisədə istehsala aid əl alətləri və texnoloji ləvazimatların keyfiyyəti, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi
- Məhsulların keyfiyyətinin artırılması üçün tədbirlərin keçirilməsi, keyfiyyətinin idarə olunması sistemləri, standart və normativlərin məhsulların keyfiyyətini tənzimləyən göstəricilərin, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və mexanizasiyasını nəzərdə tutan daha təkmil nəzarət üsulları, məhsulların nəzarəti pozmayan nöqsansız təhvil verilməsi sistemləri və s. işlənib hazırlanması və tətbiq olunması
- Hazır məhsullar, xammal, materiallar, yarımfabrikatlar, komplektləyici məmulatların keyfiyyəti, texnoloji avadanlıq və alətlərin keyfiyyəti və vəziyyəti, məhsulların istehsalı, saxlanması və daşınması şərtlərinin texnoloji proseslə nəzərdə tutulmayan seçmə üsulla yoxlamalarının aparılması
- Hazır məmulatların sınaqdan keçirilməsi və məhsulların keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda reklamasiyaların hazırlanması, həmçinin məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarəti edilməsi
- Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal halqalarının müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə işlərə rəhbərlik edilməsi.
- Nəzarət əməliyyatlarının nəticələrinin tərtib olunması, məhsullarının keyfiyyət göstəriciləri, zay məhsul və onun səbəblərinin uçotunun aparılması, buraxılan məhsulların, icra olunan işlərin keyfiyyəti barədə dövri hesabatlılığın tərtib olunması
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabatlar hazırlanması.
İş şəraiti:
- Əmək haqqı: 2000 - 2500 manat.
- İş qrafiki: 6 günlük
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.