Gens Elektrik

Şirkət haqqında:
"GENS ELEKTRİK"MMC 2011-ci ildə qurulmuşdur. Şirkətimizin gənc olmasına baxmayaraq, qısa zaman ərzində gördükləri işlər onu göstərirki, kollektivimiz Azərbaycan Respublikasının iqtisadiyyatına və sənayesinə durmadan öz tövhəsini verməkdədir. Beləki, Azərbaycan, ABŞ, Finlandiya, Türkiyə və Russiya kimi ölkələrin nüfuzlu Universitetlərinin məzunu olmuş peşakar mühəndislərin başçiligi altında 80 nəfərə yaxın bacarıqlı, işini sevən, günugündən peşakarliğını artıran, müştərilərin istəklərini yerindəcə yerinə yetirə bilən kollektivimiz fəaliyyət göstərir.
"GENS ELEKTRİK" MMC nəzdində fəaliyyət göstərən "GENS SERVİS", "GENS PANO", "GENS ELEKTRİK LAHİYƏLƏNDİRMƏ" Azərbaycanda peşakar səviyyədə müştərilərə bütün növ dizel generatorların, avtokarların, qaynaq aparatlarının təmiri və sazlanmasını təmin edir.
Şirkətin missiyası: Dunya markalarının yüksək səviyyədə təmsil etmək, yeni texnologiyaların Azərbaycana gətirib sənayemizi keyfiyyətli məhsullarla təmin etmək, bununla da iqtisadiyyatımızın güclənməsinə yardım etməkdən ibarətdir.
Əlaqə vasitələri:
Satış üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil
- Minimum 1 il təcrübə
- Rus və ya ingilis dili (birini bilmək mütləqdir)
- Yaş məhdudiyyəti 22-30;
- Cinsi: Bəy;
- Kollektivdə işləmə qabiliyyəti olmalı;
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
- Yüksək ünsiyyət qurma bacarığına malik olmalıdır;
- Microsoft Office proqramlarını bilmək (1C üstünlükdür);
- Aktiv satış sahəsində minimum 1 il tərcübə arzu olunandır
- Sürücülük vəsiqəsi arzuolunandır.
Vəzifələr:
- Müştəri ziyatətləri, görüşlərin təşkili, təkliflərin hazırlanmasl və s.;
- Məqsədyönlü və işləmək həvəsi olmalı
- Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması.
İş şəraiti:
- İş vaxtı: 09:00 - 18:00 (İstirahət günü: Bazar)
- Ə/h: 700 - 1500 AZN (təcrübəyə əsasən) + satışdan bonus
- İşçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşməsi aparılır.
Əlaqə: Qeyd olunmuş şərtlərə uyğun olan namizədlər öz CV-lərini Müraciət Et butonunda qeyd olunan e-mailə göndərə bilərlər.