Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Pivə aparatlarına texniki qulluq üzrə nümayəndə
Əsas vəzifə öhdəlikləri:
- Təhkim olunduğu ərazi üzrə ticarət nöqtələrinin ziyarət olunması;
- Ticarət nöqtələrində Pivə aparatlarının texniki vəziyyətinə nəzarət olunması;
- Vaxtaşırı reqlamentə uyğun olaraq aparat hissələrinin prosedura uyğun yuyulması;
- Aparatlara texniki qulluğun göstərilməsi və yaranan nasazlıqların aradan qaldırılması;
- Pivə aparatları üçün istifadə olunan balonların dolu olmasına nəzarətin edilməsi;
- Sıradan çıxmış aparatların yenisi ilə əvəzlənməsi və ehtiyac duyularsa aparatların yerlərinin dəyişdirilməsi;
- Ərazidə baş vermiş problemlə bağlı rəhbərliyin məlumatlandırılması;
Tələb olunan bilik və bacarıqlar:
- Pivə aparatlarının funksiyaları və hissələri haqda biliklərə sahib olmaq;
- Texniki qulluqla bağlı səriştələrə sahib olmaq;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsil: Orta
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Şəxsi avtomobil
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 11:00-20:00;
- İş yeri: Avrora Sənayə parkı.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Pivə aparatlarına texniki qulluq üzrə nümayəndə” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.