Mühəndis konstruktor
Tələblər:
- Təhsil: müvafiq sahədə Ali təhsil
- İş təcrübəsi: mühəndis konstruktor kimi 3 il (Tikinti layihələri, metal konstruksiya sahələrində)
- MS office yaxşı səviyyədə bilməli
- Dinamik, komanda ilə işləməyi bacaran
- Hesabat hazırlama və analiz etmə bacarığı;
- Yaxşı ünsiyyət, nəticəyönümlülük və komandada ilə işləmək bacarığı;
- Metal konstruksiya işlərindən anlayışlı olmalı;
- AUTOCAD, TEKLA, SOLIDWORKS proqramlarında işləmək bacarığı;
- Əmək haqqı razılaşma yolu ilə;
İş öhdəlikləri:
- Çizgilərin kompyuterdə mühəndis proqramlarında çəkilməsi və başqa texniki sənədləri tərtib edilməsini təmin etmək;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək;
- Layihə işlərini yaxşılaşdırmaq, səmərəli və dayanıqlı etmək üçün düzgün konstruktiv həllin seçilməsini təmin etmək;
- Layihə üzrə texniki hesablamaları aparmaq;
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Konstruktiv hesabatların aparılması, Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
- Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
- Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
- Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
İş qrafiki:
- 5 günlük iş rejimi
- 09:00-18:00 iş saatları
- 13:00-14:00 nahar fasiləsi
İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Mühəndis konstruktor” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.