ModulX

Şirkət haqqında:
ModulX şirkəti yaşayış, kommersiya və istirahət ehtiyacları üçün fərdiləşdirilmiş modul tipli binalar tikən ilk Azərbaycan şirkətidir. Bir tikinti şirkəti olaraq biz davamlı həllər təmin etməklə yanaşı, davamlı və daşına bilən yaşayış yerləri təklif edirik.
Tikinti zamanı yüksək keyfiyyətli sinklənmiş polad konstruksiyından və sinklənmiş trapezoidal təbəqədən istifadə edirik.
İstehsalımızda boltlar və bərkidici elementlər birləşmə fazalarında istifadə olunur, bu da qaynaq tətbiqlərinə ehtiyacı azaldır.
ModulX tərəfindən həyata keçirilən qaynaqsız tikinti texnologiyası konteynerlərin davamlılığını təmin edir, və xoş dizayna malikdir. Buna əlavə olaraq daha az tikinti tullantıları ilə açar təslim layihələrin səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Beləliklə, ModulX daha az vaxta, daha az xərcə, daha az zərərli komponentlərə və daha az ətraf mühitə təsirə malik modul məhsul.
Əlaqə vasitələri:
Kiçik mühasib
İş barədə məlumat:
- Gündəlik mühasibat əməliyyatlarının icrasında iştirak etmək;
- Bank və kassa sənədlərinin hazırlanması və uçotunun aparılması;
- Elektron qaimələrin tərtibi və sistemlərə yerləşdirilməsi;
- Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
- Tədarükçülərlə hesablaşmaların izlənməsi və uyğunlaşdırılması;
- Aylıq daxili hesabatların hazırlanmasına dəstək vermək;
- Baş mühasibin verdiyi tapşırıqların icrası.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
- MS Office proqramlarında (xüsusilə Excel) işləmə bacarığı;
- 1C proqramı ilə işləmə bacarığı üstünlükdür;
- Dəqiq, məsuliyyətli və öyrənməyə açıq olmaq;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı.
İş şərtləri:
- İş günləri: 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 -14:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
CV-lərin Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına mövzu yerində "Kiçik mühasib” başlığı yazmaqla göndərilməsi xahiş olunur.
Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.