Grand Motors Company

Şirkət haqqında:
Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir.
Hazırda şirkət dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bunlar aşağıdakılardır: New Holland Construction, CIFA, New Holland Agricultural, Shantui, Foton, Macshio Gaspardo, Sea Ray, Kawasaki, Davino, Fassi, Pramac, Zorn İnstruments, Sulzer, Weber
“Grand Motors” şirkətində yaradılan infrastruktur texnika və avadanlığın istehsalçıların zavodlarından çıxaraq alıcıya çatdırılana qədər olan mərhələni nəinki izləməyə, hətta ondan sonrakı mərhələni də nəzarət altında saxlamağa imkan verir. Bu mənada, satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir.
Əlaqə vasitələri:
Mühasib Təcrübəçi
Əgər mühasibatlıq sahəsində peşəkar biliklərinizi inkişaf etdirmək, bu sahədə uğurlu bir karyera qurmaq istəyirsinizsə, biz sizin üçün mükəmməl fürsət təklif edirik!
Proqram rəsmi və ödənişlidir, uğurlu təcrübəçiyə daimi iş təklifi olunacaq.
Tələblər:
- Ali təhsil: Maliyyə, mühasibatlıq və ya bənzər sahələrdə olmalı;
- Microsoft Office (xüsusən Excel) proqramlarında sərbəst işləmə bacarığı olmalı, 1C proqramını bilmək üstünlükdür;
- Sahə ilə bağlı sertifikatların olması üstünlük təşkil edir.
İş şərtləri:
- Əmək haqqı: 400 AZN
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatları: 08:30-17:30
- İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4 (Baş Dövlət Yol Polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz)
- Servis xidməti mövcuddur.
Bizimlə işləməklə yalnız təcrübə qazanmırsınız, həm də bu sahənin peşəkarı olma yolunda irəliləyirsiniz!
Bizimlə gələcəyə doğru addımlayın!
İddialı, dinamik və bu sahədə irəliləmək istəyən hər kəsin müraciət etməsi dəvət olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib Təcrübəçi” yazaraq Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.