VV Group

Şirkət haqqında:
Şirkət Reklam yerlərinin və vaxtının satılmasının və ya alıb - satılmasının təşkil edilməsi üzrə kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə məşğuldur.
Əlaqə vasitələri:
Satış mütəxəssisi
Əsas vəzifələr:
- Şirkətin məhsul və xidmətlərinini təqdim etmək və satışını həyata keçirmək
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi.
- Effektiv satış strategiyalarının işlənib hazırlanması.
- Müştərilərlə görüşlərin təşkili və müqavilələrin bağlanması.
- Müştəri ehtiyaclarını araşdırmaq və uyğun həllər təklif etmək
- Satış hədəflərinə çatmaq üçün aktiv iş fəaliyyəti
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Marketinq və korporativ satış sahəsində 2- 3 il iş təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Yüksək motivasiya və nəticə yönümlülük.
- Təqdimat və danışıqlar aparmaqda bacarıq.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ingilis dilləri əlavə üstünlükdür).
- MS Office proqramları üzrə biliklər;
- Komanda şəklində işləmə bacarığı və təşəbbüskar ruh.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, m. Xətai yaxınlığında
- İş vaxtı: I - V günlər 09:00 - 18:00
- Əmək haqqı: maaş + bonus müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
- Stabil iş və şəffaf əmək münasibətləri
Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına, mövzu bölməsində “Satış Mütəxəssis" yazmaqla Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi +994 70 220 00 13
Vebsayt www.vvgroup.az