Setex Group

Şirkət haqqında:
“Setex Group”un portfelində Azərbaycanda da tanınan və sevilən geyim və aksessuar brendləri yer alır. Fashion&Retail olaraq öz işinin öhdəsindən uğurla gələn şirkət müxtəlif markaları təmsil etməklə yerli alıcıların “dəb, keyfiyyət və yüksək xidmət” anlayışlarını daha da yüksəltmişdir. 1998-ci ildən fəaliyyətə başlayan və hər il öz tərkibinə uğurlu brendlər qatmaqla daha da böyüyən “Setex Group” hal - hazırda 11 ən yaxşı brendlərini alıcılara təqdim edir. “Mavi”, “Levis”, “Colin’s”, Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, Engilish Home”, “Cool Club”, “Brand&Brand”, “Derimood” kimi sevilən markalar məhz “Setex Group” tərəfindən təqdim edilir.
Əlaqə vasitələri:
Satıcı
Vəzifənin tələbləri:
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət;
- Səmimi, aktiv, dinamik, səbrli və gülərüz olmaq;
- Tekstil sahəsində təcrübə (üstünlükdür).
- Yaş həddi: 22-30;
- Azərbaycan dili (səlis), Rus dili və İnglis dili (üstünlükdür);
- Kollektivlə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Mağaza menecerinin tapşırıqlarının vaxtında və səlis yerinə yetirilməsi;
- Müştəri məmnuniyyətinin təmin olunması;
- Müştərilərinin seçimlərində yardımçı olunması və onlara məhsullar haqqında dolğun informasiyanın verilməsi;
İş şərtləri:
- Əmək haqqı: 500 azn + Satışdan bonuslar;
- İş vaxtı: 6 günlük iş həftəsi (Növbəli qrafik, bir gün istirahət) ;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Satıcı” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.