ROVEL TRADING MMC

Şirkət haqqında:
ROVEL TRADING MMC bütün növ akkumulyator və yağların ölkə ərazisində distribusiyasını həyata keçirir. Dünyanın lider akkumulyator istehsalçılarından Mutlu, Banner, Trojan battery və digər markaların Azərbaycanda rəsmi nümayəndəsidir. Avropanın böyük petrokimya şirkətlərindən olan Repsol və Cyclon LPC şirkətlərinin rəsmi nümayəndəsidir.
Əlaqə vasitələri:
Baş Mühasib
Vəzifə öhdəlikləri
- Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarını idarə etmək;
- Mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq müəssisənin uçot siyasətini formalaşdırmaq;
- Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqləmək;
- Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqini təmin etmək;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin və əsas vəsaitlərin tam uçotunu aparmaq;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin dəqiq uçotunu təmin etmək;
- Vergi və dövlət sosial sığorta ödənişlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Maliyyə-təsərrüfat əməliyyatları üzrə sənədləşmənin mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
- DSMF,Vergi,Statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi.
Tələblər
- Mühasib olaraq minimum 3 il iş təcrübəsi ;
- Mühasibatlıq proqramları (1C, Excel) üzrə yüksək biliklər;
- PMS olması üstünlükdür;
- Vergi qanunvericiliyi və maliyyə analizi sahəsində biliklər;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Yüksək təşkilatçılıq və diqqətlilik;
- Komanda ilə işləmək bacarığı;
- Yaş həddi: 23-50
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün (09:00 - 18:00);
- İş yeri: Babək Plaza, Babək prospekti
- Əmək haqqı: Bilik və bacarıqlara uyğun razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.