Azərpoçt

Şirkət haqqında:
Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.
İki əsr qət etdiyimiz yolun başlanğıcı 1818-ci ildə Gəncə oldu. Tez bir zamanda əhatə dairəmiz genişlənsə də, çox çətin və şərəfli bir yol keçərək davam edirik. Əldə olunan yüksək nəticələr bizləri nəinki quruda, dənizdə və havada belə yeni hədəflərə doğru apardı. Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yarandı. 100 illik yolumuzun astanasında isə Poçt və Teleqraf nazirliyi fəaliyyətə başladı. II Dünya müharibəsi dövründə də Azərbaycan poçtu və onun fədakar işçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu missiya müharibədən sonrakı vaxtlarda uğurla davam etdirildi. Poçt rabitəsi müəssisələrinin sayı və poçt marşrutlarının məsafəsi bir neçə dəfə artdı. Ötən əsrin sonralında isə poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Azərbaycan poçtu rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
Əlaqə vasitələri:
Marketinq mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı marketinq və kommunikasiya planlarının hazırlanması;
- Marketinq imkanlarını müəyyən etmək məqsədilə bazar araşdırmalarının keçirilməsində dəstək göstərilməsi, rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi;
- Rəqəmsal marketinq kampaniyaları və tədbirləri proqramlarının hazırlanması, eləcə də həyata keçirilməsinə nəzarət edilməsi və izlənilməsi;
- Marketinqə aid müxtəlif layihələrin idarə edilməsi və şirkət daxilində maraqlı tərəflərlə əlaqələndirilməsi;
- Strateji və taktiki marketinq təşəbbüslərinin irəli sürülməsi və nəzarət edilməsi məqsədilə digər şirkətdaxili komandalarla (məsələn, biznes inkişafı və satış) əməkdaşlıq edilməsi;
- Kommunikativ kampaniyaların nəticələri və səmərəliliyinin təhlil edilməsi və müvafiq hesabatların verilməsi;
- Xidmət və məhsulların marketinqi və satışına dəstək göstərilməsi məqsədilə müxtəlif reklam materiallarının hazırlanmasına nəzarət edilməsi;
- Marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi;
- Marketinq kommunikasiyasını həyata keçirmək məqsədilə reklam agentlikləri və digər aidiyyatı olan şirkətlər ilə əməkdaşlıq edilməsidigər aidiyyatı olan şirkətlərlə əməkdaşlıq edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi və.s) təhsil;
- Marketinq üzrə 2 il iş təcrübəsi;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- Marketinq üzrə Beynəlxalq Sertifikatların olması üstünlükdür;
- Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
- Azərbaycan dili və ingilis dili biliyi (Rus dili biliyi üstünükdür);
- Komanda şəklində işləmək bacarığı;
- Hesabatlıq və təqdimat bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
İş şəraiti
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə CV-lərini Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər.