AZZA Cake House

Şirkət haqqında:
10 ildən çoxdur ki, müştərilərimiz hər məhsulun ən yaxşısı və mükəmməlini əldə edirlər. Uzun illər boyu siz həyatınızda olan mühüm və əlamətdar günlər üçün hədiyyə olaraq tort, şirniyyat və digər məhsulların seçimində bizə etibar edirsiniz. “AZZA” – adı yüksək keyfiyyət və xüsusi zövq sözləri ilə sinonim olub.
Biz sizi və yaxınlarınızı sevindirmək üçün ən yaxşı şirniyyatçı və aşbazları işə cəlb etdik, dünyanın müxtəlif alkoqollu içkiləri, şokolad və çay brendləri ilə əməkdaşlıq etdik.
Əlaqə vasitələri:
Nəzarətçi
Tələblər:
- Orta təhsil
- Cinsi - kişi
- Səliqəli, punktual
- İşinə məsuliyyətli və diqqətli yanaşma
Vəzifə öhtəlikləri:
- Əraziyə daxil və xaric olan məhsulların siyahı (qaimə) üzrə xüsusi qayda ilə yoxlanılması
- Giriş və çıxışa nəzarət
- İşçilərə nəzarət
Şirkət təklif edir:
- Beş günlük iş rejimi
- Rəsmi qeydiyyat
- Nahar yeməyi
Namizələrdən mövzu yerində "Nəzarətçi" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.