Magenta

Şirkət haqqında:
İxtisaslaşmış reklam şirkəti olaraq 2012 -ci ildən Azərbaycanda geniş çeşidli reklam xidmətləri göstəririk. Buraya iri həcmli reklam, promo, genişformatlı çap və qrafik dizayn xidmətləri daxildir.
Məqsədimiz reklam sahəsindəki təcrübə və bacarıqlarımız ilə müştəri məmnuniyyətini əsas götürərək bu sahədə hər müştəriyə fərdi yanaşmaq və daha keyfiyyətli xidmət göstərməkdir.
Müasir avadanlıqlarla təmin olunmuş istehsalatımız və peşəkar kadr heyətimiz ilə ilhamlandıran işlər görməyə çalışırıq.
Əlaqə vasitələri:
Ofis Meneceri
İş barədə məlumat:
- Ofis mail sorğularının cavablandırılması , müəyyən əməkdaşlara yönləndirilməsi;
- Sənədlərin, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi və icrasına nəzarət;
- Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edilməsini təşkil etmək, işçilər arasında saxlanılmasına, bölüşdürülməsinə və sadalanan dəyərlərdən səmərəli istifadəsinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Kuryer xidməti ilə əlaqə saxlanılması, işlərin koordinasiya edilməsi və başqa işlər.
İş şəraiti:
- İş qrafiki: 5 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- Ünvan: Bakı İş Mərkəzi, M. Şərifli 19 (Q. Qarayev m.st. yaxınlığı)
- Əmək haqqı 500-600 AZN
Namizədə tələblər:
- Ali təhsil;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Səlis və aydın nitq qabiliyyəti;
- Microsoft Office proqramları ilə işləmək bacarığı (Excel yüksək səviyyədə)
- Minimum 1 il iş təcrübəsi;
- Çevik qərar vermə, təşkilatçılıq və araşdırma qabiliyyəti;
- Operativ, məsuliyyətli və işə planlı yanaşan;
- Detallara qarşı diqqətli;
- Komandada işləmək bacarığı və istəyi;
Zəhmət olmasa CV-nizi mövzu hissəsində mütləq şəkildə “Ofis meneceri” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin.