Azərbaycan Kredit Bürosu

Şirkət haqqında:
“Azərbaycan Kredit Bürosu” MMC (AKB) məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.
AKB hazırda 200-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır.
Əlaqə vasitələri:
QA Engineer
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Vəzifə öhdəlikləri və fəaliyyətlər:
- Yeni və mövcud olan funksionallıqlar üçün avtomatlaşdırılmış testlərin yazılmasını təmin etmək;
- Test planları, test nümunələri, test ssenariləri və reqressiya testləri hazırlamaq və icrasını təmin etmək və ortaya çıxan bütün proqram xətalarının/nöqsanlarının aradan qaldırılmasını təmin etmək üçün mühəndis-proqramçılarla birgə işləmək;
- Yaranmış xətaları və dəyişiklikləri sənədləşdirmək, idarə etmək və çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
- Test proseslərin monitorinqi, teststlərin nəticələri üzrə müvafiq hesabatların hazırlanması.
- Kros-funksional komanda ilə çalışmaq bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- Təcrübə: QA/Test Avtomatlaşdırma Mühəndisliyi sahəsində minimum 1 il iş təcrübəsi.
- Test Alətləri: Test avtomatlaşdırma alətlərin (Selenium, Cypress, JUnit, TestNG) biri ilə minimum 1 il təcrübə.
- Texniki alətlər: PostMan, SoapUI, GitLab CI/CD, JMeter ilə iş təcrübəsi üstünlük təşkil edəcəkdir.
- Analitik Bacarıqlar: Tələbləri analiz etmək və buna uyğun test hallarını hazırlamaq.
- Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi;
Digər bacarıqları:
- Analitik düşünmə;
- Vaxtın idarəedilməsi;
- Dinamik komandada işləmə;
- Təşəbbüskarlıq, nəticəyə fokuslaşma və problemi həll etmə.
CV-ni “QA Engineer” başlığı ilə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.