Digital Home

Şirkət haqqında:
Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir.
Əlaqə vasitələri:
Kateqoriya meneceri
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən az 2-3 il iş təcrübəsi
- Xarici dil biliyi: Rus dili və İngilis dili arzuolunandır
- MS Excel biliyi : Yüksək səviyyədə
- 1C-də işləmə bacarığı
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.
Əsas vəzifə öhdəlikləri:
- Məhsul portfelinin təhlili üçün tələb olunan hesabat sisteminin qurulması;
- Yeni məhsul konseptlərinin hazırlanması;
- Məhsulların müştəri ehtiyaclarına görə seçilməsi üzrə təkliflərin hazırlanması;
- Satışı artırmaq üzrə müvafiq təkliflərin verilməsi;
- Məhsulun kommersiyalaşdırma prosesi üçün birgə marketinq planlarının hazırlanması;
- Məhsul portfelini idarə etmək üçün rüblük bazar payı və bazarın artım payı analizləri üzrə göstəricilərin əldə edilməsi;
- Rəqib məhsulların satışları ilə şirkət satışlarının müqayisəsi;
- Məhsul seqmentlərinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
- Yeni məhsul konseptlərinin hazırlanması prosesində iştirak etmək.
İş şəraiti:
- İş vaxtı: 9.00 – 18.00
- İş rejimi: 5/2
- Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Kateqoriya meneceri" mövzu hissəsində qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərsinlər.