PASHA Insurance

Şirkət haqqında:
PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.
PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.
Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.
Əlaqə vasitələri:
GRC üzrə aparıcı mütəxəssis
Vəzifə və öhdəlikləri
- Şirkətin informasiya təhlükəsizliyi üzrə idarəetmə çərçivələrinin hazırlanması;
- İnformasiya təhlükəsizliyi siyasət, prosedurların və standartlarına uyğunluğuna və aktuallığına nəzarət edilməsi, pozulma halların aşkarlanması, lazım olduqda dəyişilməsi, və ya tərtib edilməsi;
- İnformasiya Təhlükəsizliyi risklərinin qiymətləndirilməsi, yenilənməsi və hesabatların hazırlanması;
- Təchizatçılarla münasibətlərin tənzimlənməsi prosesinin icrası və görülüş tədbirlərin effektivliyinə nəzarət;
- Təchizat zəncirinin qurulması, təhlil edilməsi və lazımi nəzarət mexanizmlərinin tətbiq edilməsi;
- NIST və Şirkətdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan informasiya təhlükəsizliyi proseslərin, risklərin və kontrolların təhlil edilməsi;
- İT və informasiya təhlükəsizliyi ilə bağlı NIST CSF uyğunluğunun və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi;
- İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılmasına nəzarət edilməsi;
- İnformasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin (“Maturity level”) yüksəldilməsi istiqamətində dəstək olunması;
- Şirkət daxili İnformasiya Təhlükəsizliyi təlimlərin idarə edilməsi.
Bilik və bacarıqlar
- İnformasiya Sistemləri və ya əlaqəli sahə üzrə ali təhsil;
- İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il, iş təcrübəsi;
- Azərbaycan dilini əla, ingilis dilini yaxşı səviyyədə bilən;
- NIST/ISO 27001 standartı üzrə biliklər;
- İT və İnformasiya Təhlükəsizliyi risklərin qiymətləndirilməsi və sənədləşmə üzrə təcrübə;
- İT audit prosesləri üzrə bilik və təcrübənin olması;
- Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Səbirli və soyuqqanlı olmaq bacarığı.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin.