Uni Ko QSC

Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Memar
İşin təsviri:
- Layihələndirmə mərhələlərinə yiyələnmək və işləri prioritetləşdirmək;
- Layihələndirmə normativlərinə yiyələnmək, lazım olduqda tələb olunan normativləri araşdırmaq;
- Layihəni oxumaq, anlamaq və emal etmək və texniki hisslərini inkişaf etdirmək;
- Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək;
- Layihələrdə sistem qərarlarının müəyyən edilməsini və müəyyən edilmiş standartlara uyğun gedişatını təmin etmək;
- Layihə üçün tələb olunan detallara qərar vermək;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil vermək.
Tələblər:
- Müvafiq sahə ilə əlaqədar Ali təhsil (xaricdə təhsilə və ya dərəcələrə üstünlük verilir);
- Müvafiq sahədə 2 ildən çox iş təcrübəsi;
- Autocad biliyi mütləqdir, SketchUP və Revit biliklərinə üstünlük verilir;
- Rus dili və ingilis dilini bilmək;
- Ofisin memarlıq yanaşmasını öyrənmək və buna uyğun olaraq kreativ dizaynlar və memari təqdimatlar hazırlamaq;
- Müstəqil və ya komanda daxilində işləyə bilmək bacarmaq;
- İşçi lahiyə və ekspertiza təcrübəsi olanlara üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.