Kristal Abşeron
Şirkət haqqında:
Şirkət haqqında
2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
Məlumat köşkü əməkdaşı
Vəzifə öhdəlikləri:
- Satış mərkəzlərinə müraciət edən müştərilərin qarşılanması və onların qeydiyyatının aparılması;
- Müştərilərin müraciətlərinə əsasən müvafiq struktur bölməər üzrə yönləndirilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Təqvimin aparılması, sənədlərin qeydiyyatının aparılması;
- E-mail və digər yazışmaların icra edilməsi;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Məlumat köşkü və oxşar vəzifədə minimum 1 il təcrübə;
- Azərbaycan və rus dili mükəmməl, ingilis dili arzuolunandır;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Tələblərə cavab verən namizədlərdən son altı ay ərzidə çəkilmiş şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Məlumat köşkü əməkdaşı” yazmaqla Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.