Az - Granata LLC

Şirkət haqqında:
2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod, Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. AZGRANATA meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
Əlaqə vasitələri:
Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi
İŞ BARƏDƏ MƏLUMAT:
- Gündəlik gələn ilkin tələbnamələrin yoxlamaq, analiz etmək və bazar araşdırılması etmək və müvafiq tədarükçülərə məhsullar üzrə sorğular yönləndirmək;
- Tədarük prosesi ilə əlaqədar əldə edilmiş paket sənədləri (müqavilə, qiymət razılaşma protokolu, hesab faktura, təvhil-təslim aktı, qüsur aktı və.s) Mhüasibatlıq şöbəsinə təqdim etmək.
- Müvafiq ödəniş həyata keçdikdən sonra alınan malların müvafiq anbarlara göndərilməsini həyata keçirmək;
- Həftəlik alış siyahısı hazırlamaq və departamentin direktoruna təqdim etmək;
- Aylıq nağd hesablaşmalara dair əməliyyatları təsdiq edən sənədlər paketini (mədaxil və məxaric qəbzi və.s) Mühasibatlıq şöbəsinə təqdim etmək;
- Tələbnamələrin spesifikasiyasını müəyyənləşdirmək və müvafiq hərəkətlər görmək;
- Təsdiq edilmiş tədarükçülərin siyahısını tərtib etmək və departament rəhbərinə təqdim etmək;
- Tələb edilən malların zəruriliyinin araşdırılması və Cəmiyyətin aidiyyatı struktur vahidlərini həmin mallarla təmin edilmənin təcililik həddini öyrənmək;
- Tədarükçülərdən göndərilmiş həftəlik qiymət razılaşmalarını izləmək;
- Sifariş edilən məhsulların vaxtında göndərilməsinə və qəbuluna nəzarət etmək;
- Yeni, qiymətcə daha sərfəli əvəzedici məhsulların bazarda araşdırılmasını həyata keçirmək;
- Bazarlara daim getmək və tapılmayan və ya tapılması çətin olan məhsullar barədə məlumatları aidiyyatı struktur bölməyə yönləndirmək;
- Açıqlanması Cəmiyyətə zərər verə bilən digər kommersiya və xidməti məlumatların qorunmasını təmin etmək;
- Tabe olduğu məsul şəxsin göstərişlərinə vaxtında və kefiyyətlə riayət etmək, görülmüş işlərə dair günlük, həftəlik və ya aylıq hesabatlar təqdim etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Təchizat, logistika üzrə ali təhsil;
- Əlaqəli sahədə 4 ildən artıq iş təcrübəsi;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
- Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti. Rus və ingilis dili bilərlərə üstünlük veriləcəkdir;
- Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
DİGƏR MƏLUMATLAR:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: 1300-1500 Azn aralığındadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma və təchizat üzrə aparıcı mütəxəssisi" yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.