Camal LTD

Şirkət haqqında:
20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı.
2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.
Əlaqə vasitələri:
Beynəlxalq əlaqələr üzrə koordinator
Namizədə tələblər:
- Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq və İngilis dili orta;
- Xanım namizədlər üstünlükdür.
- Təhsil: Ali təhsil.
- Kompüter bilikləri: Ofis proqramlarında yüksək səviyyədəişləmək bacarığı;
- Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
- Analitik düşünmə və kreativlik;.
Vəzifə öhdəlikləri:
- Müvafiq işçi bu mühüm proyektlərin adminstrativ tətbiqi qismində iştirak etməli, beynəlxalq əlaqələr üzrə yazışmaların, danışıqların aparılması, işgüzar görüşlərin təşkili və nəticələrə əsasən hesabatların hazırlanması kimi vəzifə öhdəliklərini həyata keçirməlidir.
- Şirkətin logistik daşınmaların təşkili.
- Gələn yüklərin gömrükləşməsi və AQTA ilə işlər.
- İş prosesində ilk dönəm vəzifənin bütün tələbləri ilə bağlı incəliklər izah ediləcəkdir.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü.
- Əmək haqqı: 1100 AZN-dən başlayaraq
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- İş yeri: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9/21D
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Beynəlxalq əlaqələr üzrə koordinator” Mövzu bölməsində göstərin.
Əlaqə: +994555003207