Baku Bus

Şirkət haqqında:
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.
Cəmiyyətin əsas məqsədləri Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunmasıdır.
Əlaqə vasitələri:
Satınalma mütəxəssisi - layihələr üzrə
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin satınalma qaydalarına riayət etmək;
- Şöbəyə daxil olmuş xidməti məktub, məlumat əsasında ölkədaxili və ölkəxarici satınalınan malların sifarişlərinin cəmiyyətin satınalma qaydalarına uyğun icra olunması;
- Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılmasını təmin etməli;
- Təchizatçılarla mövcud müqavilələrin nəzərdən keçirilməli;
- Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
- Daxili bazar qiymətlərinin müqayisəli təhlilinin aparılması;
- Malların və xidmətlərin satınalınması üçün müqavilələrin və əlavə müqavilələrin hazırlanması və icrasında iştirak etməli;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
- İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
- Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması
- Məhsul ödənişlərinin və məhsulun anbara daxil olmasının nəzarətini izləmək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə, menecment və oxşar sahələr)
- Satınalma sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
- Məsuliyyətli, dəqiq və detallara fikir vermək qabiliyyəti;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli)
- Danışıqların yüksək səviyyədə aparılması, qarşılıqlı əlaqələrin qurulması və problemləri həll etmək bacarığı;
- Effektiv şifahi və yazılı ünsiyyət bacarığı;
- Komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
- İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü: Ştatdankənar (1 illik layihə üzrə - bir illik müqavilə bitdikdə namizədin bilik bacarığınan aslı olaraq müqavilə uzadıla bilər)
- İş yeri: “BakuBus” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “CV@bakubus.az” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.