Caspident

Şirkət haqqında:
Caspident MMC 1995 -cı ildən stomatoloji ticarətlə məşğuldur. Əsas işimiz stomatoloji məhsulların, alətlərin və avadanlıqların topdan və pərakəndə satışını təşkil etməkdir.
Əlaqə vasitələri:
Marketinq meneceri
Marketinq strategiyamızı inkişaf etdirmək və satışlarımızı artırmaq üçün komandamıza Marketinq meneceri axtarırıq.
Tələblər:
- Ali təhsil -Marketinq,
- Promo tədbirlərin həyata keçirilməsini təmin etmək;
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri və analitika platformaları ilə işləmə bacarığı;
- Kreativ düşüncə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmə və idarəetmə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- İngilis və rus dillərində bilik üstünlükdür;
İş haqqında məlumat:
- Şirkətin marketinq strategiyasının hazırlanması və icrası,
- Rəqəmsal və ənənəvi marketinq kampaniyalarının hazırlanması və idarə edilməsi,
- Sosial media, SEO, e-mail marketinq və reklam strategiyalarının qurulması və təkmilləşdirilməsi,
- Marketinq büdcəsinin planlaşdırılması və səmərəli idarə olunması,
- Müştəri bazasının təhlili və satış artırmaq üçün tədbirlər görmək,
- Brendin tanınmasını artırmaq üçün innovativ həllər tətbiq etmək,
- Tədbirlər, konqreslər və kursların marketinqini idarə etmək,
- Marketinq komandası (SMM, qrafik dizayner, kontent yaradıcısı və tədbir meneceri) ilə əməkdaşlıq edərək layihələrin həyata keçirilməsinə rəhbərlik etmək,
İş şərtləri:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq;
- İşyeri: Bakı şəhəri;
Tələblərə cavab verdiyiniz təqdirdə, vakansiya sizi maraqlandırdısa CV-nizi Müraciət et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. e-mail ünvanının mövzu hissəsində “Marketinq meneceri” başlığı ilə göndərin. Biz sizinlə tanış olmağa şad olarıq!